Xızıda itkin düşən ana və 3 övladı tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.

İtkin düşən 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayev Bakıda tapılaraq Xızı RPŞ-yə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil veriləcək.

Qeyd edək ki, ana və 3 övladı yanvar ayının 17-də itkin düşmüşdü.