97 saylı Goranboy–Ağdam-Tərtər dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun təbliğat və təşviqat kampaniyası davam etdirilir. 

Unikal.org xəbər verir ki, təbliğat kampaniyası ilə əlaqədar olaraq, Ağalar Vəliyev bu gün Goranboy rayonunun Aşağı Ağcakəndqəsəbə, Yuxarı Ağcakəndqəsəbə, Börü kənd, Qaraçinar kənd və Yenikənd kənd seçiciləri ilə görüşüb.

İclası hər iki görüşdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açıb. Daha sonra çıxış edən Ağalar Vəliyev seçicilərə öz seçki platforması barədə məlumat verib, onların problemlərini dinləyib.