“Başımı çiyninə söykəyəcəyim adam yoxdur. Bunu cəsarətlə deyirəm. Olub, var idi, sevənlərim çox idi. Hamının həyatında olur, hamı sevir. Amma mənim həyatımda heç kim yoxdur”.

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Xəzər” TV-də yayımlanan “X maqazin” proqramının “X adam” rubrikasında deyib.

Verilişin aparıcısı Zümrüd Bədəlova ilə həmsöhbət olan Türkan ürəyinin boş olduğunu deyib. O, fikirlərini belə davam edib:

“İstəyirəm ki, sevgim, dayağım olsun. Elə bir peşmanlıqlarla rastlaşdım ki, qəlbim sındı. Tək olmaq hamısından yaxşıdır. İndi hər şey yaxşılığa doğru gedir. O qədər qəlbim sındı ki, artıq orada heç kim yoxdur. Hər dəfəsində bir şey görürəm, qəlbim sınır, gözümdən düşür. İndi ürəyim boşdur. Vay o günə ki, ora kimsə girmək istəyə”.

O, gələcək həyat yoldaşını belə xarakterizə edib:

“Mənim üçün var-dövlətin, pulun əhəmiyyəti yoxdur. Əsas məni istəsin və qayğıma qalsın. Məni göydə tutsun. Heç kimin yanında gözükölgəli olmaq istəmərəm. Azdan-çoxdan işləyib, öz çörək pulumu qazanıram. Demirəm ki, milyonçuyam. Onun özünə görə pulu da olsun, var-dövləti də. Həmişə özümə deyirəm ki, ay Allah, qarşıma atam kimi bir həyat yoldaşı çıxar”.