Keçmiş NBA əfsanəvi oyunçularından hesab olunanDelonte Vestin yol ortasında döyülüb, həbs olunduğu videosu sosial şəbəkədə paylaşıb. 

Unikal.org xəbər verir ki, 36 yaşlı basketbolçunun bu halı azarkeşlərini narahat edib.  

Vest öncə bir əcnəbi tərəfindən  döyülüb. Görüntülərdən də göründüyü kimi, əlləri arxadan qandallı şəkildə onu kameraya çəkən şəxsə cavab verdiyi görünür. 

Video sosial şəbəkədə yayıldıqdan sonra oyunçunun universitetdən keçmiş komanda yoldaşı "Orlando Magic"in əfsanəsi Jameer Vestin tibbi dəstəyə ehtiyacı olduğunu deyib. O hətta keçmiş komanda yoldaşına hər vəziyyətdə dəstək verəcəyini söyləyib.