Dünyada 1 milyarddan çox “TikTok” istifadəçisi var. 75 dildə, 150-dən çox bazarda mövcud olan “TikTok” ötən il ən çox yüklənən tətbiqlərdən olub. İndi isə “TikTok”da 1,5 mlrd nəfəri yaxından maraqlandıran təhlükəsizliklə bağlı boşluq aşkar edilib.

Unikal.org xəbər verir ki, “Check Point” şirkətinin mütəxəssislərinin sözlərinə görə, cinayətkarlar istifadəçilərin hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

ARB TV-nin “Günə doğru” verilişində məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.