Azərbaycanın Xalq artisti Rasim Balayev 9 fevral parlament seçkilərində doğulduğu Ağsu rayonu üzrə dəstəklədiyi namizəd üçün çağırış edib.

Unikal.org BakuPost-a istinadən  xəbər verir ki, o, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizəd tanınmış uroloq cərrah, ictimai xadim, Azərbaycan Fransa Məzunları İctimai Birliyinin sədri Araz Bayramovu dəstəklədiyini bildirərək, seçicilərə səslənib:

“Əziz, doğma ağsulular. Mən Araz Bayramovu və ailəsini çox yaxşı tanıyıram. O, Ağsu üçün çox uğurlu namizəddir. O, Ağsunu Milli Məclisdə ləyaqətlə təmsil edəcək”.