Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 42 saylı Sumqayıt ikinci seçki dairəsindən irəli sürülmüş deputatlığa namizəd Tahir Mirkişli Facebook səhifəsində seçiciləri ilə nərd oyununda 14 səs qazandığını bildirib.

Unikal.org xəbər verir ki, o hesabında paylaşdığı statusunda bunları qeyd edib: "Mən yaxşı nərd oynaya bilməsəm də, risk edib peşəkarla oynadım. Ağsaqqal siyasi gedişləri mənə göstərdi, mən də gənclərin enerjisini numayiş etiməyə çalışmaqla həm də öyrəndim. Nəticədə bu kiçik və səmimi otaqdan 14 səs qazandım".