Rusiyada məşhurlaşan azərbaycanlı videoblogger Hüseyn Həsənov növbəti paylaşımı ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki, o, bu dəfə sərvətini nümayiş etdirib. Üzəri avro, rubl və dollarla dolu masanı lentə alan Hüseyn "Səmimi qəlbdən arzu edirəm ki, səhər yuxudan oyananda bunları görəsiniz" sözlərini qeyd edib.

Həsənov daha sonra pullarını qucaqlayaraq “Paylamağa başlayaq?”, - sualı ilə izləyicilərinə müraciət edib və 90 faiz "hə" cavabı alıb.

Qeyd edək ki, Hüseyn izləyicilərinə bahalı hədiyyələr verməsi ilə gündəmə gəlir. Onu sosial media hesabında 12 milyondan çox insan izləyir.