Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə görüş saat 18:00-da start götürəcək. Qarşılaşma PFL-in “youtube” kanalından canlı yayımlanacaq.

“Qarabağ” bundan əlavə, yanvarın 22-də Qazaxıstanın “Jetisu”, yanvarın 25-də Çexiyanın “Siqma” və Polşanın “Visla” (Plok) klublarıyla qarşılaşacaq.

Yoxlama oyunu

18 yanvar

18:00 Qarabağ – Akademika Klinçeni (Rumıniya)
Antalya, “Gloria Sereniti”

Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 45. Rauf Hüseynli, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye.