İngiltərədə 4 yaşlı qız səhvən özünü ağacdan asıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Freya Thorpe adlı qız uşağı evlərinin həyətindən skuteri ilə ayrılıb. O, çəmənlik ərazidə yerləşən ağaca qalxmaq istəyib. 4 yaşlı qız başındaki təhlükəsizlik dəbilqəsi ilə ağaca dırmaşıb və onun qayışı müvazinətini itirən qızın boğazına keçib. O, ağacda yarım saat asılı qalıb. Daha sonra ağacda asılı qalan qız ətrafdaki insanlar tərəfindən görülüb. Xəstəxanaya aparılan Freya 2 gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, balaca qızın 10 gün əvvəl əkiz qardaşları dünyaya gəlmişdi.