Uqandanın Kayunga şəhərinin  “Məscid Noor” məscidinin imamlarından olan Muhammed  Mutuba 2 həftə əvvəl qadın bildiyi bir şəxslə ailə həyatı qurub. 

Unikal.org xəbər verir ki,  2 həftə əvvəl “qadın” olaraq evləndiyi adamın “kişi” olduğu ortaya çıxanda imam həyatının şokunu yaşayıb.

Məsələ ilə bağlı açıqlama verən imam:

"Səsi incə idi, qadın kimi idi. 2 həftə əvvəl evləndik, cinsi əlaqədə ola bilmədik. Həmişə mənə menstruasiya olduğunu söyləyirdi” deyə bildirib. 

Qeyd edək ki, hadisədən sonra imam məsciddə tutduğu  vəzifəsindən uzaqlaşdırılıb.

Gülayə Mecid