Bu gün səhər saatlarında Ermənistanın naş Nikol Paşinyan ölkənin Xüsusi İstintaq Komitəsində müstəntiqin suallarını cavablandırıb.

Unikal.org xəbər verir ki, N.Paşinyan dindirilməsi ilə əlaqədar özünün “Facebook” hesabında məlumat yayıb.

Məlumata görə, Paşinyan masa arxasında əyləşən və kompüter monitoruna baxan müstəntiqin otağında selfi çəkib.

Lakin baş nazir istintaqa dəvət olunmasının səbəbləri haqda məlumat verməyib. Yerli kütləvi informasiya vasitələrində yayılan xəbərə əsasən, Nikol Paşinyan ötən il aprel ayında qohumuna açılan cinayət işi ilə əlaqədar dindirilir.