Yeni Günəşli qəsəbəsində qəribə hadisə baş verib.

Unikal.org-a daxil olan məlumata görə, avtomobilini günorta saatlarında yaşadığı binanın həyətində saxlayan Emil Abdullayev 1 saat sonra maşına yaxınlaşdıqda arxa şüşənin sındığını görüb. Avtomobilin arxa hissəsini açan sürücü içərisində siqaret kötükləri olan şüşə qabla qarşılaşıb.

Zərərçəkən şəxs avtomobilə dəymiş maddi ziyanı yox, bu hadisənin həmin ərazidən keçən insanlar üçün təhlükə yaratdığından narahat olduğunu bildirib. O, hadisə ilə bağlı "102" "qaynar xəttinə" müraciət edib.

Murad İbrahimov