İstanbulda dəhşətli hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kadıköydə bir qadın evakuatorun qaldırdığı avtomobildən yıxılıb. Evakuasiya xidmətinin işçisi qadının avtomobilin içərisində oturduğunu görməyib və bədbəxtlikdən bu hadisə yaşanıb. Yerə yıxılması nəticəsində xəsarət alan qadın avtomobilin aparılmaması üçün şüşəyə vurduğunu bildirib.

Həmin anlar təhlükəsizlik kamerası ilə lentə alınıb.