Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, insident zamanı bir Gürcüstan vətəndaşı odlu silahdan istifadə edərək Gürcüstan sərhəd keşikçilərini hədələyərək razılaşdırılmamış hissələrə keçməyə cəhd göstərib. İnsidentin qarşısının alındığı bildirilir. İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb.