Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqa çıxarılıb. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.