Mingəçevirdə kişi gənc xanımını bıçaqlayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəfa bağçılıq yaşayış massivində baş verib.

Münaqişə zamanı 1993-cü il təvəllüdlü Şirinova Mətanət Qaryağdı qızı döş qəfəsi nahiyəsindən əri tərəfindən bıçaqlanıb. Hadisə zərərçəkmişin anasının evində baş verib. Ər hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.