Yanvarın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində 1 nəfər qadın intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri müdaxilə edib.

Onların müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.