Ötən gün səhər saatlarında Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı itkin düşüb.

Unikal.org xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, bununla bağlı M.Məmmədovanın valideynləri ərizə ilə müraciət ediblər.

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.

14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.