Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org “Report”a istinadən  xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobillə “Reno” markalı avtomobil toqquşub. 

Nəticədə “Jeep” markalı nəqliyyat vasitəsinin qadın sürücüsü və digər avtomobilin sürücüsü, 25 yaşlı Anar adlı şəxs xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onlara bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.