Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 rayon sakini - 1963-cü il təvəllüdlü Nəsirova Yeganə Bəxtiyar qızı, 1985-ci il təvəllüdlü Şəmmədov Emil Habil oğlu və 1991-ci il təvəllüdlü Quliyev Xəqani Fəxrəddin oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.