Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə bu ölkənin Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı ilə bağlı başsağlığı verib. 

Unikal.org xəbər verir ki, başsağlığında deyilir: 

"Əlahəzrət,

Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"