Aleyna Tilkinin İngilis dilində çıxacaq albomu üçün işlər görən, dünyaca məşhur DJ Diplo, qısa bir müddət əvvəl eşq yaşamağa başladığı model sevgilisi Chantel Jeffries ilə tətilə çıxıb.

Unikal.org xəbər verir ki, DJ Diplo yeni ili yeni eşqiylə qarşılayıb.

Model, aktrisa və ictimai media fenomeni Chantel Jeffries, qısa bir müddət əvvəl DJ Diplo ilə eşq yaşamağa başlayıb. Cütlük yeni ili Meksika sahillərində tətil keçirməklə qarşılayıblar.

Jeffries və Diplo, tətil üçün məşhurların ən sevimli istirahət yerlərindən biri olan Tulumu seçiblər.

Ötən gün paparatsilərə yaxalanan Ceffri və Diplo da çimərlikdə belə görüntülənib. Birlikdə dənizə girən cütlük, tez-tez romantik anlar yaşayıblar.