Madrid “Real”ı hücumçusu Kərim Benzema ilə yeni müqavilə imzalayacaq.

Unikal.org xəbər verir ki, fransalı futbolçu ilə yeni müqavilənin şərtləri razılaşdırılıb.

Məlumata görə, onunla mövsümün sonunda 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanacaq.

Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm La Liqada 17 oyuna 12 qol vurub, 5 məhsuldar ötürmə edib.