İnternetdə pələngin qəfil hücumunu görərək qorxan balaca uşaq barədə video virus kimi yayılıb. Hadisə İrlandiyanın Dublin şəhərində qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə life.ru məlumat yayıb.

Kadrlardan görünür ki, zooparkın balaca ziyarətçisi şəkil üçün poza verərkən pələng ona hücumu “planlaşdırır” və sonra bir anda ona tərəf tullanır. Uşaq yırtıcının ona tərəf hücum etdiyini qəfil görərək bərk qorxur. Xoşbəxtlikdən onları şüşə hasar ayırırdı.

Kadrları uşağın atası özünün “Twitter” səhifəsində yayımlayıb.

Video cəmi bir neçə gün ərzində iki milyon baxış toplayıb.