Avstraliyalı media maqnatı Rupert Mördok oğluna 150 milyon dollara malikanə satın alıb.

Unikal.org xəbər verir ki, onun böyük oğlu Laklan Mördok üçün aldığı evdə 11 yataq otağı, 40 maşınlıq qaraj, 23 metr uzunluğunda hovuz, böyük tennis kortu var. Malikanənin 1930-cü ildə inşa edildiyi bildirilir.

Qeyd edək ki, media maqnatının 6 övladı var. O, 83 yaşında ikən dördüncü arvadı, amerikalı aktrisa Jerri Hall ilə evlənib.