Lerik rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət taxta konstruksiyalı ev yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən xəbərə görə, hadisə rayonun Brkandul kəndində qeydə alınıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.