Novxanı kəndində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.