Sabirabad sakinini avtomobil vurub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Moranlı kəndndə qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Əsədov Musa Ərzuman oğlu, qaynı – 1986-cı il təvəllüdlü Abbasov Elçin Səfəralı oğlunun idarə etdiyi “QAZ 31” markalı avtomobillə vurulub. Qohumların bildirdiyinə görə, iki aydır ki, yeznə ilə qayın arasında yaşanan münaqişə M.Əsədovun ağır xəsarətlər almasına səbəb olub.
yat.az
Daha ətraflı

M.Əsədov Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun paytaxt xəstəxanalarından birinə göndəriləcəyi gözlənilir.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.