Abşeron rayonunda yaşayış evində yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Görədil kəndində ümumi sahəsi 510 m² olan üçmərtəbəli mansar tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.