Sabirabad rayonunda qadın 3 nəfərin bank hesabından 36 500 manat çıxararaq mənimsəyib.

Unikal.org xəbər verir ki, rayon sakinləri - F.Hümbətov, M.Quliyev və Z.Abbasov hüquq-mühafizə orqanlarına müraciət edərək 46 yaşlı R.Ağayevadan şikayət ediblər.

Şikayətçilər bildirib ki, həmin qadın onları dələduzluqla aldadaraq bank hesablarındakı müvafiq olaraq 14300, 11900 və 10300 manat pulu ələ keçirib.

Şikayətlə bağlı araşdırma aparılır.