Ötən axşam Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yük maşını yolu keçmək istəyən piyadaları vurub.

Belə ki, köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.