Ağsu rayonunda ümumi sahəsi 112 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi, bitişik köməkçi tikili və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.