Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1968-ci il təvəllüdlü Bayramova Elmira İsrafil qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralıya müvafiq tibbi yardım göstərilib.

Qadının sözlərinə görə, onu qohumları döyüb.

Faktla bağlı araşdırma aparılır.