Gəncə şəhərində 46 yaşlı kişini avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində, Göygöl rayonuna gedən avtobusların dayanacağı olan ərazidə qeydə alınıb.

Belə ki, Göygöl rayon sakini, 1973-cü il təvəllüdlü Elxan Abbasovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.