Bakıda evdən 1000 manat və bank kartı oğurlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 1000 manat və bank kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 5 nəfər saxlanılıb.