Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Həzi Aslanov metrosunun yaxınlığında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Şaxdiyeva Sündüz Şamil qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona sağ ayağının 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.