Ümid Partiyası gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştiraka qərar verib.

Unikal.org-un məlumatına görə, bununla bağlı bu gün Partiya Ali Məclisinin növbəti sessiyası keçirilib. Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizəliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.