Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya biznesinin nümayəndələri ilə görüşündə  alman dilində danışıb.

Unikal.org xəbər verir ki, bu barədə "Pul №3" teleqram kanalı  xəbər verib.

Belə ki, söhbət əsnasında rus dilindən alman dilinə sinxron tərcümədə problem yaşanıb. Bu zaman dövlət başçısı üzünü onlara tutaraq deyib: "Was ist los?" ("Nə baş verib?")

Qeyd edək ki, Putin bundan əvvəl də ictimai çıxışlar zamanı alman dilində danışıb. Bundan əvvəl belə hadisə may ayında yaşanmışdı. Həmin vaxt Putin Avstriya lideri Aleksandr van der Bellenin Zalsburq festivalını ziyarət etmə barədə təklifinə alman dilində cavab vermişdi.