Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında iştirak edib. 

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkilatçılığı ilə (ETSN) Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Kənd Təsərrüfatı Nazirliyinin kollektivi də iştirak edib.

Nazirlik nümayəndələri bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, Müşfiqabad qəsəbəsində ağac tinglərinin əkilməsində fəal iştirak edib, yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkib.

"Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir", - deyə məlumatda qeyd olunub.