Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyasına başlanılıb.

Unikal.org  xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakı şəhərinin qərbində yerləşən Müşfiqabad qəsəbəsində könüllü olaraq gələcək meşə zolağının salınması məqsədilə 1000-dən çox eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir və sair ağac əkilir.

Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, Millət vəkilləri Hadı Rəcəbli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, ictimaiyyətin nümayəndələri, o cümlədən fəal gənclər iştirak ediblər.

Müxbir: Aygün İlqarqızı

Foto: Müzəffər İsmayılov