Azərbaycan Turizm və Menecment Universitetinin rektoru cənab İlham Mədətov  05 dekabr   2019 – cu  il tarixində Kolumbiya Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfiri, cənab Luis Antonio Dimate Cardenas ilə  görüşüb.

Unikal.org xəbər verir ki, iki ölkə arasında mövcud olan əlaqələrin gündən-günə daha da inkişaf etməsindən məmnunluğunu bildirən rektor İlham Mədətov böyük elçiyə Azərbaycan Turizm və Menecment Universitetinin yaranma tarixi, missiyası, inkişaf istiqamətləri, xarici və müvafiq təşkilatlarla qarşılıqlı münasibətlərin faydalılığı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, görüş əsnasında həm Azərbaycan, həm də Kolumbiya Respublikalarında turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, ikitərəfli əməkdaşlıq perspektivləri,o cümlədən bir sıra diqqətçəkən məsələlər  gündəmin əsas müzakirə predmeti olub.