Əməkdar artist Mehriban Xanlarova yenə qalmaqalla gündəmə gəlib.

Unikal.org xəbər verir ki, uzun fasilədən sonra "Space"də "Onda başladıq" proqramına qonaq olan aktrisa aparıcı Kamran Həsənli ilə dalaşıb.

Kamranın ünvanladığı "Son vaxtlar teatrda da təhsilsizlik hiss olunur. Məşhur əsərlər səhnəyə qoymursuz" sözləri Xanlarovanı özündən çıxarıb.

"Deyəsən, dava edib, efirdən gedəcəm. Təhsilsizliyi qalanda... Moskvada, Türkiyədə oxuyum, əgər içimdə istedad yoxdursa, olmayacaq. Siz hər zaman kiməsə savadsız deyirsiz. İbrahim Tatlısəs not bilir? İmkan vermirsiz verilişə gələni danışmağa. Mənim isdedadım olmasa, istəyir Hollivudda oxutdur. Sənətkar oxumalıdır, amma qabında olmalıdır. Çalışıram sakit olum, amma alınmır" deyərək, aktrisa efiri tərk edib.