Balakəndə meşədən meyit tapılıb.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü, Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.