Bu gün səhər saatlarında Ermənistan işğalçı qüvvələri təmas xəttinin Ağdərə-Tərtər istiqamətində itki veriblər.

Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, işğalçı qüvvələrin bir hərbi qulluqçusu “hələlik aydınlaşdırılmayan səbəblərdən” həlak olub, digəri yaralanıb.

İnsident saat 06.30 radələrində baş verib. Məlumata görə ölən hərbçi 21 yaşlı Artur İşxanoviç Acamyandır, yaralanan isə 20 yaşlı əsgər David Arutyunoviç Melibekyandır.