"Kadın" serialının aktrisası Özge Özpirinçci İstanbulun Bebek səmtində görüntülənib.

Unikal.org xəbər verir ki, o, skuter sürərkən obyektivlərə tuş gəlib. Sənətçi əynindəki leopard naxışlı paltosu ilə diqqət çəkib. Məlum olub ki, aktrisa bu tərzdə gözəllik salonuna gedir. Sosial şəbəkə istifadəçiləri onun bu tərzini lağa qoyub.

Qeyd edək ki, Ö.Özpirinçci "Melekler korusun" serialı ilə məşhurlaşıb.