"Bakı inanılmaz dərəcədə dəyişib, binalara heyran qaldım. Hətta buradan ev almaq fikrinə düşdüm"

Unikal.org xəbər verir ki, bunu Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Bakıda jurnalistlərə açıqlamasında deyib.

Azərbaycana ikinci dəfədir gəldiyini deyən aktyor Bakıya heyran qaldığını bildirib: "Burada da məni Türkiyədəki qədər sevirlər. Azərbaycan və Türkiyə bir dövlətdir. İki ölkənin birgə istehsalı ilə ərsəyə gələn bir filmdə rol almaq istərdim. İş qrafikim sıx olduğu üçün bu gəlişimdə şəhərinizi gəzə bilmədim. Gəzmək üçün Bakıya xüsusilə gələcəyəm. Hətta deyərdim ki, Bakı getdiyim bütün Avropa şəhərlərindən gözəldir".