Türkiyəli aktyor Kıvanç Tatlıtuğun yeni paylaşımı gündəm olub.

Unikal.org xəbər verir ki, sənətçi kepkalı fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Pərəstişkarları bu geyimin ona çox yaraşdığını yazaraq, aktyoru tərif yağmuruna tutublar. Paylaşım qısa zamanda yarım milyonadək bəyənmə alıb.

Qeyd edək ki, Tatlıtuğ xeyli müddətdir xanımı ilə birlikdə Madriddədir.