“İnterfaks” xəbər agentliyinin redaktoru Marqarita İqnatova itkin düşüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, İqnatova noyabrın 17-də Moskvada yoxa çıxıb. Jurnalist sonuncu dəfə kilsəyə gedib və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Hazırda İqnatovanın axtarışları aparılır.