Türkiyə hüquq-mühafizə orqanları tərəfindən son 10 ay ərzində terror təşkilatı ilə əməkdaşlıq etdiyinə görə saxlanılan azərbaycanlıların sayı açıqlanıb.

Unikal.org-un məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Deportasiya İdarəsi xəbər yayıb.

Məlumata görə, bu ilin 10 ayı ərzində xarici ölkə vətəndaşı olan 948  terrorçu saxlanılıb. Saxlanılan terorçulardan 29 nəfəri azərbaycanlıdır. Hazırda onların azərbaycana deportasiya edilməsi üçün müvafiq işlər aparılır.